Hər üçü də...
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri olan "Krasnodar", "Borussiya (Dortmund) və PAOK ölkə çempionatlarında növbəti matçlarına çıxacaq.
Sportal.az xəbər verir ki, “Krasnodar” Rusiya Premyer Liqasının 11-ci turunda “Ufa”nın qonağı olacaq. “Borussiya” Almaniya Bundesliqasının 8-ci turunda səfərdə “Bavariya” ilə qarşılaşacaq. PAOK isə Yunanıstan superliqasının 6-cı turunda “Olimpiakos”u qəbul edəcək.
18:00.UFA – “Krasnodar”
20:30.”Bavariya” – “Borussiya” (Dortmund)
22:30.PAOK – “Olimpiakos”