Millimizin sabiq üzvü üçün 74 dəqiqə

17:42 - 4 Oktyabr 2015

XII turun matçı

 

Serbiya Super Liqasında 12-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Branimir Subaşiçinçıxış etdiyi "OFK Belqrad"  səfərdə "Voyvodina" ilə qarşılaşıb. Matç Subaşiçin komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxmış Branimir matçın 74-cü dəqiqəsində əvəzlənib.

 

Qeyd edək ki, "OFK Belqrad" hazırda 9 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti