"Sumqayıt"ın baş məşqçisi: "Çempionatda qalmaq üçün oynayacağıq"

18:50 - 4 Oktyabr 2015

"Bəlkə azarkeşlərin çoxluğundan, bəlkə də havadandır"
 
Bu gün Premyer Liqanın 7-ci turun matçında "Sumqayıt" səfərdə "Kəpəz"ə 3:1 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Aqil Məmmədov məğlubiyyətə belə şərh verib:
 
"Maraqlı oyun oldu. Məncə, “Kəpəz” layiqli qələbə qazandı. Ümumiyyətlə, futbolçunun həmişə keyfiyyətini  əsas götürmüşəm. Oyunçuda mütləq xarakter olmalıdır. Bu gün mənim futbolçularım mübarizədən qaçırdılar. Bunun konkret səbəbini bilmirəm. Bəlkə azarkeşlərin çoxluğundan, bəlkə də havadandır. Futbolçularımın bacarığı bu qədər deyil. Sadəcə, bu gün alınmadı.
 
Azərbaycanlı futbolçuların çox olmasının tərəfdarıyam. Amma bir məqama diqqət yetirək: bu gün qapımızdan keçən 3 qolun ikisinin müəllifi legioner oldu. AZAL ilə oyunda da legioner bizi cəzalandırmışdı. Məncə, bizim heyətimizdə legioner olmasa, hər il çempionatda qalmaq üçün oynayacağıq".

Xəbər xətti