"Xəzər Lənkəran"ın məşqçisi: "Bu da hesabda özünü göstərdi"

23:44 - 4 Oktyabr 2015

"Məcbur qalıb, əvəzedici heyətdən oyunçular götürmüşdük"
 
Premyer Liqamızın 7-ci turunun son matçında "Xəzər Lənkəran" səfərdə "Qəbələ"yə 6:0 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov səhhətindəki problemlərlə bağlı mətbuat konfransında iştirak etməyib. Onun əvəzinə isə məşqçi Vidadi Hüseynov oyun haqda fikirlərini bildirib:

"2 əsas oyunçumuz meydançaya çıxmamışdı. Rasim Ramaldanov və Orxan Əliyev oynamırdılar. Məcbur qalıb, əvəzedici heyətdən oyunçular götürmüşdük. Bu da hesabda özünü göstərdi".

Xəbər xətti