Nazarov oynadı, komandası bir xal qazandı

01:46 - 5 Oktyabr 2015

Futbolçumuz üçün 81 dəqiqə
 
Almaniya ikinci Bundesliqasında 10-cu turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Frayburq"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 81-ci dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, "Karlsrue" hazırda 9 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti