"Fənərbaxça"da yenə van Persi gündəm oldu FOTO

03:00 - 5 Oktyabr 2015

Komandasının qoluna sevinmədi
 
Son zamanlar "Fənərbaxça"da ən çox müzakirə edilən məsələlərdən biri də ulduz futbolçu Robin van Persinin ehtiyyat skamyasında qalmasıdır. Hətta ehtiyyatda qaldığına görə, ulduz futbolçu  komandanın baş məşqçisi Vitor Pereyra ilə mübahisə etmişdi.
 
Sportal.az xəbər verir ki, dünən baş tutan "Fənərbaxça" - "Akhisar" (2:2) oyununda "Fənərbaxça"nın ilk qolundan sonra ehtiyyat skamyasında hamı qol sevinci yaşasa da, Persi bu qola heç bir reaksiya göstərməyib. Bu hadisə Türkiyə mətbuatında gündəm yaradıb və belə davam edərsə, futbolçunun komandadan ayrıla biləcəyi də qeyd olunub.
 

Xəbər xətti