Millimizin üzvü oynadı, komandası 3 xal qazandı

13:27 - 5 Oktyabr 2015

VII turun matçı

 

Türkiyə PTT 1-ci Liqasında 7-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, 21 yaşlılardan ibarət millimizin üzvü Timur Təməltaşın çıxış etdiyi “Altınordu” doğma meydanda "Elazığspor"la üz-üzə gəlib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Timur bu matçda 90 dəqiqə meydanda olub. 


Qeyd edək ki, “Altınordu” 9 xalla 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti