Millimiz yeni bazada bir araya gəlir

16:58 - 5 Oktyabr 2015

İtaliya üçün hazırlıq

 

Azərbaycan yığması bu gündən etibarən AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacağı İtaliya (10 oktyabr) və Bolqarıstanla (13 oktyabr) oyunlar üçün təlim-məşq toplanışına başlayır.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki komandamızı milli üçün "Dalğa Arena"da yenicə inşa olunan bazada bir araya gətirəcək. Amma məşqlər İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.

 

Xəbər xətti