Eddisiz baş tutan məşq
İspaniyanın "Eybar" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov Azərbaycan yığmasının ötən gün baş tutan ilk məşqində iştirak etməyib.
Sportal.az xəbər verir ki, buna səbəb futbolçunun Bakıya yenicə gəlməsidir. Bu üzdən də İsrafilov ilk məşqinə bu gün çıxacaq.
Qeyd edək ki, millimiz ötən gündən etibarən AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacağı İtaliya (10 oktyabr) və Bolqarıstanla (13 oktyabr) oyunlara hazırlıq məqsədi ilə təlim-məşq toplanışına başlayıb.
saytlarin hazirlanmasi