Qomez qol vurur, "Beşiktaş" pul qazanır

03:16 - 6 Oktyabr 2015

3 oyuna 3 milyon 900 min lirə
 
"Beşiktaş"ın yeni transferi Mario Qomez son oyunlarda vurduğu qollarla komandasına vacib xallar qazandırmaqla yanaşı, "ağ-qaralar"a pul da qazandırır.
 
Sportal.az xəbər verir ki, "Başakşehir" (2:0) və "Eskişehirspor"la (2:1) oyunlarda bütün qolların müəllif olan Qomez əzəli rəqibləri "Fənərbaxça" (3:2) ilə oyunda dublla yadda qalaraq komandasının 9 xal qazanmasında ən çox pay sahibi olub. Bu 3 qələbəyə görə, Türkiyə Futbol Federasiyası 3 milyon 900 min lirə ( hər oyuna 1.3 milyon türk lirəsi) mükafat olaraq "ağ-qaralar"ın büdcəsinə köçürüb.

Xəbər xətti