2 boksçusumuz dünya çempionatında mübarizəyə başlayır

17:22 - 6 Oktyabr 2015

49 və 64 kq-da...

 

Azərbaycan boksçuları 6-15 oktyabr tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək Dünya çempionatında iştirak edəcəklər. 

 

Sportal.az xəbər verir ki, tamaşaçılar oktyabrın 6-dan 9-dək boksçuların ilkin qarşılaşmalarının şahidi ola biləcəklər.

 

Azərbaycan çempionatda 8 boksçu ilə təmsil olunur. İlk yarış günündə rinqə çıxacaq döyüşçümüz Rüfət Hüseynov (49 kq) mərakeşli İmad Ahyounla qarşılaşacaq. Lorenzo Sotomayor (64 kq) isə 1/32 final mərhələsində Kanadanı təmsil edən Artur Biyarslanovla döyüşəcək.

 

Şənbə günü 1/4 final, bazar günü və bazar ertəsi isə yarımfinal görüşləri keçiriləcək. Final görüşləri 14 və 15 oktyabr tarixlərinə təsadüf edəcək.

 

Qeyd edək ki, yarışlarda 73 ölkədən 257 idmançı iştirak edəcək.

Xəbər xətti