Millimizin Avstriya ilə matçı islandiyalılara tapşırıldı

20:02 - 6 Oktyabr 2015

 

AVRO-2017-nin matçı

 

21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsində Avstriya - Azərbaycan matçına hakim təyinatları müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı islandiyalı Qunnar Yarl Yonsson idarə edəcək. Ona Qunnar Qunnarson, Birkir Siqurdarson kömək edəcək. Dördüncü hakim isə Torvaldur Arnason olacaq.

 

Qeyd edək ki,  Avstriya - Azərbaycan oyunu oktyabrın 9-u keçiriləcək.

Xəbər xətti