Baş məşqçi hərbi komissarlığa çağrılıb
"İnter”in sabiq baş məşqçisi Kaxaber Sxadadze hərbi komissarlığa çağırılıb.
Sportal.az xəbər verir ki, hazırda Gürcüstan millisini çalışdıran mütəxəssis Rusiyadan "dəvət alıb”. Belə ki, 47 yaşlı məqşçini hərbi mükəlləfiyyətliliyi ilə bağlı dəqiqləşdirmə üçün çağırıblar. Amma səhvən sənəd onun 2000-ci ildə satdığı mənzilin ünvanına göndərilib.
Qeyd edək ki, sabah Gürcüstan millisi AVRO-2016-nın seçmə turnirində Cəbəllütariq yığması ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi