Maykon Türkiyə yolunda

11:02 - 7 Oktyabr 2015

Transferini qışda baş tutacaq

 

Türkiyənin "Fənərbaxça" klubu daha bir futbolçunu transfer edəcək.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "sarı-lacivərtlilər" "Porto"nun kapitanı Maykonu heyətinə qatmağa yaxındır. İstanbul nəhəngi braziliyalı cinah müdafiəçisinin transferini qışda həll edəcək.

 

"Fənərbaxça" Maykon üçün "Porto"ya həm pul, həm də müdafiəçi Bruno Alvesi təklif edəcək. Portuqaliya təmsilçisinin bu təkliflə razılaşacağı bildirilir.Razılıq əldə olunsa cinah müdafiəçisi 2016-cı ilin yanvarında istanbula gələcək.

Xəbər xətti