VI Dünya İdman Oyunları
Cənubi Koreyanın Munqyeonq şəhərində davam edən Hərbçilərin VI Dünya İdman Oyunlarında Azərbaycan komandası daha bir medalı təmin edib.
Sportal.az xəbər verir ki, sərbəst güləşdə 70 kq-da mübarizə aparan Coşqun Əzimov finala yüksəlib.
Bununla da Əzimov ən azı gümüş medalı təmin edib. Onun finalda rəqibi rusiyalı Soslan Romanov olacaq. Qələbə qazanacağı təqdirdə idmançımız Azərbaycanın aktivinə ilk qızıl medalı yazdıracaq.
Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanıb. Digər medallara isə cüdoçular sahib olub. Vüqar Şirinli (60 kq) gümüş, Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq) və Elmar Qasımov (100 kq), eləcə də tərkibi onlardan və Tural Safquliyevdən (90 kq) ibarət komanda bürünc medal qazanıb.
saytlarin hazirlanmasi