Şotlandiyalı hakim idarə edəcək
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində milli komandamız İtaliya ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, oktyabrın 10-da keçiriləcək qarşılaşmanı idarə edəcək hakimlər məlumdur. Belə ki, millimizin son ev oyununda şotlandiyalı hakim ədaləti qoruyacaq.
Bakı Olimpiya Stadionunda saat 21:00-da start götürəcək qarşılaşmanın baş hakimi Villiam Kollum təyin olunub.
AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
10 oktyabr
21:00. Azərbaycan – İtaliya
Baş hakim: Villyam Kollum (Şotlandiya)
Yan xətt hakimləri: Damian Makqreyt (İrlandiya), Frensis Konnor (Fransa)
Əlavə hakim köməkçiləri: Robert Makden, Con Bitom (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Alastair Mater (Şotlandiya)
Hakim-inspektor: Marinus Kopman (Holalndiya)
UEFA nümayəndəsi: Aynar Leppanen (Finlandiya)
saytlarin hazirlanmasi