"Qəbələ"nin rəqibi braziliyalı ulduzu transfer edir

16:10 - 7 Oktyabr 2015

Pato Almaniya yolunda

 

Braziliya milli komandasının hücumçusu Aleşandre Pato yenidən Avropaya qayıda bilər.

 

Sportal.az xəbər verir ki, hazırda icarə əsasında ölkəsinin "Sao-Paulo" klubunun şərəfini qoruyan 26 yaşlı forvard Bundesliqa nəhənginin hədəfindədir.  "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Barusiya" Dortmund Patonu heyətinə cəlb etməyə çalışır. Artıq Almaniya təmsilçisi  futbolçunun müqavilə ilə məxsus olduğu "Korintians" klubu ilə danışıqlara başlayıb.

 

Razılıq əldə olunsa, Pato qış fasiləsində "Borussiya"ya transfer olunacaq

Xəbər xətti