"Qələbə qazanmaq arzusundayıq"
"AVRO-2016"nın seçmə mərhələsində milli komandamızla qarşılaşacaq İtaliya millisinin və "Latsiyo"nun futbolçusu Marko Parolo yerli mətbuata açıqlamalar verib.
Sportal.az xəbər verir ki, Parolo millimizlə keçiriləcək matçın çətin keçəcəyini vurğulayıb:
"Lorenso İnsinyenin zədələnməsi bizim üçün ciddi itkidir. İnsinyeyə görə təəssüf edirəm. Lakin biz bir futbolçudan asılı deyilik. Bütün matçlara qələbə üçün çıxırıq. Azərbaycanla matça ciddi haırlaşırıq. Qələbə qazanmaq arzusundayıq. Bu oyun asan keçməyəcək. Oyuna final matçı kimi çıxmalıyıq. Azərbaycan millisi doğma meydanda yaxşı futbol nümayiş etdirir".
Qeyd edək ki, Azərbaycan və İtaliya milli komandalarının qarşılaşması 10 oktyabr saat 21:00-da "Bakı Olimpiya Stadionu"nda baş tutacaq.
saytlarin hazirlanmasi