Qarşılaşma "NTV+Futbol 2"də
Erməni Nobel Arustamyan Azərbaycan və İtaliya yığmaları arasında keçiriləcək Avropa-2016-nın seçmə matçını şərh etmək üçün təyin edilib.
Sportal.az xəbər verir ki, oyunu Rusiya telekanalı “NTV-Plus Futbol2” yayımlayacaq. Matç oktyabr ayının 10-da Bakıda keçiriləcək, oyun saat 21.00-da başlanacaq. Nobel Arustamyan İtalya futbolu üzrə mütəxəssis hesab edilir. O, “NTV-Plus” kanalında İtaliya çempionatı matçlarını şərh edir.
saytlarin hazirlanmasi