"Qalatasaray" iki futbolçusunu yola salır

20:32 - 7 Oktyabr 2015

Digər iki futbolçu ilə müqavilə yenilənəcək
 
Bu mövsümün sonunda "Qalatasaray"ın 4 futbolçusu ilə müqaviləsi başa çatır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki futbolçu ilə müqaviə yenilənəcək, digər ikisi isə komandadan ayrılacaq. Hakan Balta və Emre Çolakla artıq müqavilələrin uzadılması ilə bağlı danışıqlara start verilib. Son iki mövsümdür, zədədən əziyyət çəkən Hamit Altıntop və Umut Bulut isə komandadan ayrılacaq.

Xəbər xətti