Türkiyədə çıxış edən qolkiper milliylə vidalaşır

01:33 - 8 Oktyabr 2015

İsakssondan maraqlı qərar
 
İsveç millisinin əsas qapıçısı Andreas İsaksson yığma ilə vidalaşır.

Sportal.az xəbər verir ki, hazırda Türkiyənin "Kasımpaşa" klubunda çıxış edən 34 yaşlı qolkiper milli karyerasını bitirməyi qərara alıb.  Yerli mətbuta danışan təcrübəli əlcək sahibi AÇ-2016-nın final mərhələsinə vəsiqə qazansalar, həmin oyunlardan sonra milli ilə vidalaşacağını bildirib.
 
Qeyd edək ki, 2002-ci ildən millinin formasını geyən İsaksson son 3 ildə "Kasımpaşa"da çıxış edir. 
 
 

Xəbər xətti