Messidən icazə aldı, "10" nömrənin sahibi oldu

01:49 - 8 Oktyabr 2015

Aquero onu seçdi
 
Argentina milli komandasının hücumçusu Serxio Kun Aquero bu ay DÇ 2018-in seçmə mərhələsində Ekvador və Paraqvay milli komandalarına qarşı oyunlarda 10 nömrəli formanı geyinəcək. 
 
Sportal.az saytının məlumatına görə, "10” nömrəli formanın sahibi Leonel Messi zədələndiyi üçün Aquero da Messinin formasını geyinəcək. Bu barədə "Mançester Siti”nin forvardı özü məlumat verib. O, bunun üçün Messidən icazə aldığını bildirib.
 
Qeyd edək ki, Messi zədəsinə görə, bir müddət  yaşıl meydanlardan kənarda qalacaq.

Xəbər xətti