Güləşçilərimiz daha bir turnirdə iştirak edəcək

13:40 - 8 Oktyabr 2015

10 güləşçi ilə...

 

10-11 oktyabr 2015-ci il tarixdəQroznıda Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Kuboku vəəməkdar idman ustası Adlan Varayevin mükafatı uğrunda sərbəst güləş üzrə7-ci beynəlxalq turnir keçiriləcək.

 

Sportal.az xəbər verir ki, məşqçilər Arif Abdullayev vəSiracuddin Eldarovun rəhbərliyi altında turnirdəyığma komandanın 10 üzvü iştirak edəcək.

 

HeyətdəPərviz İbrahimov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov, Qitinamaqomed Hacıyev (hər ikisi 70 kq), Məhəmmədhacı Muxutov (74 kq), Aleksandr Qostiyev, Hacı Əlicanov (hər ikisi 86 kq), Şərif Şərifov vəAslanbek Alborov (hər ikisi 97 kq) yer alıb.

 

Görüşlərin idarəedilməsindəölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edəcək.

Xəbər xətti