- İclas bitdikdən sonra rəhbərlik mənimlə görüşüb qərarını açıqladı. “Sumqayıt” Futbol Klubunun rəhbərliyinə mənə bu vəzifəni etimad etdiklərinə görə təşəkkür edirəm. Qərarı normal qarşıladım. Çətin olacağını anlayıram. Əvəzedicilərin çempionatı ilə Premyer Liqa arasındakı fərq olduqca böyükdür. Məni olduqca çətin iş gözləyir.
- Nəinki mənim üçün, düşünürəm ki, bütün veteran futbolçular üçün öz şəhərlərini baş məşqçi kimi təmsil etmək böyük məsuliyyətdir. İnşallah ümidləri doğruldaram.
- Qış "transfer pəncərəsi"nə kimi bu suala cavab vermək olduqca çətindir. Lakin bəzi dəyişikliklər labütdür. Sizə bir söz deyim, məşqlərdə özünü doğrultmayan futbolçu olsa, heç qışa qədər də gözləməyəcəyik. Qaldı ki, məni narahat edən əsas məsələ komandanın son vəziyyətidir. Uşaqlarda özünə inam itib. Bunu aradan qaldırmaq vaxt tələb edəcək.
- Qapıçılarla işləyən məşqçi Etibar Tarıverdiyev qalacaq. Onun işi göz qabağındadır. Etibarın bacarığına inanıram. Bundan başqa, əvəzedicidə köməkçim olmuş Vəfadar Quliyev komandada olacaq. Digər köməkçim isə son vaxtlar futboldan uzaq qalmış, vaxtilə bu şəhərin sevilən futbolçularından olmuş Seymur Rəhimov olacaq.
- Əvəzedici komandada kifayət qədər perspektivli futbolçular var. Artıq il yarımdır ki, bu kollektivlə çalışıram. Adlarını çəkmək istəməzdim, amma 3-4 futbolçu əsas komandaya çağırılacaq. Onu da qeyd edim ki, mütəmadi olaraq B komandadan A komandaya futbolçular dəvət olunacaq. Hətta əsas komandadan da əvəzediciyə gedəcək futbolçular olacaq. Əsas məqsədimiz hər iki komandanın vəhdətini təşkil etmək olacaq.
- Əvəzedici komanda ilə mütəmadi olaraq işləyəcəyik. Bu əsas iş prinsipimiz olacaq. Akademiyaya bildiyiniz kimi almaniyalı mütəxəssis Frenk Bernhardt rəhbərlik edir. Onunla iş birliyi qurub Sumqayıt futbolunun gələcəyi üçün çalışacağıq. Əsas məqsəd isə akademiyadan əvəzedici komandaya, oradan da əsas komandaya futbolçu yetişmək olacaq.
- Sumqayıt azarkeşləri hər zaman özlərindən sözün əsl mənasında söz etdirməyi bacarıb. Bu komandada futbolçu olduğum dönəmdə sevincli və ağır günlərimizdə daim yanımızda olublar, baş məşqçi kimi indi də yanımda olmalarını istəyirəm. Bizim komanda olaraq, ailə olaraq dəstəyə ehtiyacımız var.