Millimizin Bolqarıstanla matçının hakimləri məlum oldu

02:01 - 9 Oktyabr 2015

Qarşılaşmaya macarıstanlı hakimlər təyin edilib
 
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, Sofiyada keçiriləcək bu qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tomaş Boqnar təyin olunub. Ona yan xətt hakimləri Petar Beretyan və Qabor Eras kömək edəcək. Dördüncü hakim funksiyasını isə Teodoros Georgiu yerinə yetirəcək.
 
Qeyd edək ki, Bolqarıstan - Azərbaycan matçı oktyabrın 13-də Sofiyada "Vasil Levski" stadionunda keçiriləcək

Xəbər xətti