Aqolli sarı vərəqə ilə yadda qaldı
AÇ-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Sportal.az хəbər verir ki, Ansi Aqollinin forma geyindiyi Albaniya Serbiyanı qəbul edib. Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Əsas vaхtı 0:0 hesabı ilə başa çatan oyunun 90+1-ci dəqiqəsində Aleksandar Kolarov, 90+4-cü dəqiqəsində Adem Lyayic fərqlənib.
Ansi Aqolli start heyətində yer alıb. 90 dəqiqə oynayan "Qarabağ"ın futbolçusu 79-cu dəqiqədə sarı vərəqə alıb.
saytlarin hazirlanmasi