Millimizin rəqibində ciddi itki

10:31 - 9 Oktyabr 2015

Georgi Milanov sıradan çıxıb

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində  milli komandamızla qarşılaşacaq Bolqarıstan yığmasının heyətində itki baş verib.

 

Sportal.az xəbər verir ki, komandanın əsas oyunçularından olan Georgi Milanov sıradan çıxıb. Belə ki, o, dünən baş tutan məşqdə zədələnib. Tibbi müayinədən  sonra onun zədəsi haqda dəqiq məlumat veriləcək. Əgər zədəsi ciddi olsa 23 yaşlı yarımmüdafiəçi oktyabrın 13-də millimizlə keçiriləcək matçı buraxmalı olacaq.

Xəbər xətti