Azərbaycanlı hakimlər İtaliya - İrlandiya oyununda

12:33 - 9 Oktyabr 2015

Baş hakim Əliyar Ağayev

 

Azərbaycanlı hakimlər yeni təyinat alıb.

 

Sportal.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində oktyabrın 13-də Viçenza şəhərindəki Romeo Menti stadionunda keçiriləcək İtaliya – İrlandiya oyununu FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Xəbər xətti