Məşqlər bərpa edildi
"Sumqayıt"da baş məşqçi dəyişikliyindən sonra komanda məşqlərini bərpa edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən A komandanın çalışdırıcısı təyin olunan Samir Abasov axşam saatlarında komandaya təqdim olunduqdan sonra komanda ilk məşqinə çıxıb.
Bu gün səhər "Sumqayıt" FK növbəti məşqini keçirib. "Kapital Bank Arena"da baş tutan hazırlıq mərhələsində əsas komandanın 3 üzvü Şahrudin Məhəmmədəliyev, Tərlan Əhmədli və Cəmil Hacıyev iştirak etməyib.
Qeyd edək ki, hər 3 futbolçu U-21-in düşərgəsində yer almaqdadır. Hazırkı heyətdə zədəli futbolçu yer alımır.
Xatırladaq ki, "Sumqayıt" FK növbəti oyunu oktyabrın 17-də doğma arenada "İnter"ə qarşı keçirəcək.
saytlarin hazirlanmasi