Turnirdə ilk qızıl medal

16:11 - 9 Oktyabr 2015

80 kq çəki dərəcəsində...

 

Cənubi Koreyanın Munqyeonq şəhərində keçirilən Hərbçilərin VI Dünya İdman Oyunlarında Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov finala yüksəlib. 


Sportal.az xəbər verir ki, 27 yaşlı pəhləvan həlledici görüşədək ardıcıl olaraq, estoniyalı Hardo Tuts (8:2), litvalı Julius Mateuzeviçus (4:0) və ermənistanlı Sargis Koçaryanı (4:1) yenib. 


Finalda onun rəqibi Rusiya təmsilçisi Yevgeni Saleyev olub. Qarşılaşma təmsilçimizin təmiz qələbəsi ilə yekunlaşıb. Bununla da Hüseynov Azərbaycanın aktivinə ilk qızıl medal yazdırıb və "Bakı 2015" I Avropa Oyunlarının finalında uduzduğu rəqibindən intiqam alıb. 


Qeyd edək ki, hazırda Azərbaycan yığmasının hesabında 10 medal var. Yeganə qızıl medaldan əlavə, 3 gümüş, 6 bürünc medalla ölkəmiz 26-cı pillədə qərarlaşıb. 

 

59 kq

1/8 final - Ramiz Məmmədov -Ainaqulov Miranbek (KAZ) 0:9

Təsəlliverici görüş - Ramiz Məmmədov - Kiraz Kursat (TUR) 4:6

71 kq

1/8 final - Samran Nəsibov - Rafael Aleksanyan (ARM) 0:8

80 kq

1/8 final - Rafiq Hüseynov - Tuts Hardo (EST) 8:2

1/4 final - Mateuzeviçus Julius (LTU) - Rafiq Hüseynov 0:4

1/2 final - Rafiq Hüseynov - Sargis Koçaryan (ARM) 4:1

FİNAL - Rafiq Hüseynov -Yevgeni Saleev (RUS) - 5:0 (təmiz qələbə)

98 kq 

1/8 final - Salehizadeh Seyidmustafa (İRİ) - Türmən Eyyubov 8:0

Xəbər xətti