Əsgərov oynadı, komandası məğlub oldu

01:02 - 13 Oktyabr 2015

Futbolçumuz üçün 90 dəqiqə
 
Latviya 1-ci liqasında 26-cı turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası - "1625 Liepaya" klubu da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda lider "Karamba/Dinamo Riqa" ilə qarşılaşıb. Matç futb olçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Vüqar bu görüşdə də 90 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, Əsgərov bu yayda keçdiyi "1625 Liepaya" klubundakı əvvəlki oyunlarında 15 qol vurub. 

Xəbər xətti