Erat oynadı, komandası qalib gəldi

11:25 - 17 Oktyabr 2015

10-cu pillədə qərarlaşıb

 

Almaniya Qərb Regional Liqasında 13-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Toğrul Eratın  şərəfini qoruduğu "Fortuna II" (Dusseldorf) də növbəti matçını keçirib.


Düsseldorf təmsilçisi səfərdə “Viktoriya 1904”lə üz-üzə gəlib. Qarşılaşma Eratın komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü bu matçda 90 dəqiqə meydanda olub.


Qeyd edək ki, “Fortuna II” 16 xalla 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti