Azərbaycanlı futbolçu ayrılmaq istədi, klub buraxmadı

15:51 - 17 Oktyabr 2015

Komandada qaldı

 

Türkiyənin aşağı liqasında mübarizə aparan "Bartınspor"da çıxış edən Elnar Kərimovun komandadan ayrılmaq istəməsi və bu barədə klub rəhbərliyinə müraciət etməsi barədə xəbər vermişdik.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, klub Kərimovun ayrılmaq istəyinə razılıq verməyib. Belə ki, Elnar ən azı qışa qədər komandada qalacaq.

Xəbər xətti