Kamran Ağayev 2 top buraxdı, komandası bu dəfə də uduzdu

20:00 - 17 Oktyabr 2015

VIII turun matçı

 

Türkiyə PTT 1-ci liqasında VIII turun oyunları keçirilir.

 

 

Sportal.az xəbər verir ki, millimizin qolkiperi Kamran Ağayevin də şərəfini qoruduğu "Karşıyaka" bu gün səfərdə "Karabükspor"un qonağı olub. Start heyətində yer alan Ağayevin komandası 2:1 hesabı ilə məğlub olub. Matçın 2-ci dəqiqiəsində Murat Akın meydan sahiblərini irəli keçirib. 39-cu dəqiqədə  Çağlar Birinci hesabı bərabərləşdirsə də, Muhammet Reis 66-cı dəqiqədə penaltidən fərqlənərək “Karabükspor”a qələbə qazandırıb.

 

Qeyd edək ki, "Karşıyaka" 8 turdan sonra 6 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbər xətti