Eddi İsrafilovsuz "Eybar" "Sevilya" ilə bacarmadı

00:51 - 18 Oktyabr 2015

Qarşılaşmada 2 qol
 
İspaniya La Liqasında 8-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Sevilya"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılıb. İsrafilovun adı bu matçın iştirak ərizəsində yer almayıb.
 
Qeyd edək ki, "Eybar" hazırda 13 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti