Eratlı "Fortuna" 3 xala sevindi

01:53 - 18 Oktyabr 2015

Millimizin üzvü 90 dəqiqə meydanda oldu
 
Almaniya Regional Liqasında 12-ci turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, millimizin futbolçusu Tuğrul Eratın şərəfini qoruduğu "Fortuna-2” də növbəti görüşünə çıxıb. Düsseldorflular Kölndə "Viktoriya” klubunun qonağı olub. Oyun "Fortuna-2”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində çıxış edən Erat 90 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran "Fortuna-2” turnir cədvəlində 10-cu pilləyə yüksəlib.

Xəbər xətti