Millimizin üzvü üçün 74 dəqiqə

11:17 - 18 Oktyabr 2015

Matç heç-heçə başa çatıb

 

Türkiyə PTT 1-ci Liqasında 8-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ufuq Budaqın şərəfini qoruduğu “Qaziantep BB” də növbəti matçına çıxıb.

 
Qaziantep təmsilçisi doğma meydanda "Boluspor"la üz-üzə gəlib. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Oyuna start heyətdə çıxan müdafiəçimiz 74-cü dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, “Qaziantep BB” 14 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti