Millimizin üzvü komandasına qələbə qazandırdı

15:10 - 18 Oktyabr 2015

45-ci dəqiqədə penaltidən fərqlənib

 

21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Bilal Sezərin forma geyindiyi "Borussiya" Münhenqladbaхın U-23 komandası öz meydanında "Verl"i qəbul edib.

 

Sportal.az xəbər verir ki, həmyerlimizin komandası qarşılaşmadan 1 – 0 hesablı qələbə ilə ayrılıb. Start heyətində yer alan Sezər qarşılaşmanın 45-ci dəqiqəsində penaltidən fərqlənməklə komandasına qələbə qazandırıb. Bu onun cari mövsümdə vurduğu 4-cü qolu olub.

 

Qeyd edək ki, Regional Liqasının "Qərb" zonasında çıхış edən "Borussiya" 13 turdan sonra 28 хalla turnir cədvəlinə başçılıq edir

Xəbər xətti