Vüqar Əsgərov Latviyada dubl etdi, qollarının sayını 17-yə çatdırdı

12:10 - 19 Oktyabr 2015

Komandası heç-heçə etdi

 

Latviya 1-ci liqasında 27-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi "1625 Liepaya" klubu səfərdə "Salaspils"lə qarşılaşıb. Matç 3:3 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Vüqar bu görüşdə də 90 dəqiqə meydanda olub və kapitan sarğısı ilə çıxış edib. O, hesab 1:3 olarkən 2 qol vuraraq komandasını məğlubiyyətdən qurtarıb.

 

Qeyd edək ki, Əsgərov "1625 Liepaya" klubunda vurduğu qolların sayını 17-yə çatdırıb.

Xəbər xətti