“İkinci hissədə təzyiqi artırdıq”
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda dünən doğma meydanda “Qarabağ”a 1:0 hesabı ilə qalib gələn “Monako”nun qapıçısı Daniyel Subaşiç oyun haqda fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, 30 yaşlı təcrübəli qapıçı çətin qələbə qazandıqlarını bildirib:
“Qarabağ”a çətinliklə qalib gəldik. Rəqibin müdafiə xətti etibarlı oynayırdı. İlk hissədə hücumda yaxşı oynadılar. Lakin ikinci hissədə təzyiqi artırdıq və qol vurduq. Qrupdan lider kimi növbəti mərhələyə adlamaq istəyirik. Bu oyunu unudub, liqada işlərimizi qaydasına salmaq üçün “Reims”lə oyunda da qələbə qazanmalıyıq”.
saytlarin hazirlanmasi