"Monako" "Qarabağ"la oyuna 20 futbolçu ilə gəlir
Avroliqanın qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Monako"nun Bakıya gələcək heyəti müəyyənləşib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Leoanrdo Jardimin başçılıq etdiyi komanda Bakıya 20 futbolçu ilə gələcək. "Monako"nun heyətində Adama Traore, Fares Bahluli, Timu Bakayako, Nabil Dirar, Tomas Lemar və Fabio Koentrao zədədən əziyyət çəkdikləri üçün paytaxtımıza gəlməyəcək.
Qeyd edək ki, "Qarabağ" - "Monako" matçı noyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qapıçılar: Daniyel Subaşiç, Poul Nardi, Loik Badiaşile
Müdafiəçilər: Rikardo Karvalyo, Elderson Eşiejil, Fabinyo, Kevin Ndoram, Almami Ture, Uollas
Yarımmüdafiəçilər: Yohan Andzuana İvan Kavaleyro, Bernardo Silva, Conatan Meksik, Joao Moutinyo, Mario Paşaliç, Jeremi Tulalan
Hücumçular: Quido Karrillyo, Lasina Traore, Stefan El-Şaaravi
saytlarin hazirlanmasi