"Biz bura gəzməyə gəlməmişik"
"Sabahkı oyuna tam hazırıq. "Qarabağ" güclü rəqib olmasına baxmayaraq, qələbə qazanmağa çalışacağıq"
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ" - "Monako" matçından öncə keçirilən mətbuat konfransında Fransa təmsilçisinin hücumçusu Stefan Əl-Şaaravi deyib.
İtalyan futbolçu "Qarabağ"ının güclü komanda olduğunu qey edib: "Şəhəri gəzməyə çox vaxtımız olmadı. Biz bura gəzməyə gəlməmişik. "Qarabağ" çox güclü komandadı. İlk oyunda bunun şahidi olduq. Sabah azarkeşlərin dəstəyi ilə qələbə qazanmağa çalışacaqlar. İtaliya millisinin heyətində "Qarabağ"ın müdafiəçilərinə qarşı oynamışam. Bütün rəqiblərə qarşı komanda şəklində oynayıb, məğlub etmək istəyirik".
Qeyd edək ki, "Qarabağ" - "Monako" matçı sabah saat 20:00-da Tofiq Bəhramov adın Respublika Stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi