Leonardo Jardim: "Hesabdan razıyam"

22:04 - 5 Noyabr 2015

"İkinci hissədə yaxşı oynadıq"
 
Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” klubu doğma divarlar arasında “Monako” ilə 1:1 hesablı heç-heçə edib.
 
Matçdan sonra “Monako”n baş məşqçisi Leonardo Jardim mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
 
- Oyun barədə fikirləriniz?
 
- Birinci hissədə “Qarabağ” daha güclü idi. İkinci hissədə isə biz daha yaxşı oynadıq”
 
 
- “Monako” bu gün 1 xal qazandı, yoxsa 2 xal itirdi?
 
- “Bizim məqsədimiz qələbə qazanmaq idi. Bu hesabı yaxşı qiymətləndirirəm.

Xəbər xətti