"Monako"nun qolkiperi: "Qrupun digər matçından da çox şey asılıdır"

00:30 - 6 Noyabr 2015

"Maraqlı matç keçdi"
 
Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda "Monako"nu qəbul edən "Qarabağ" 1:1 hesablı heç-heçə edib.
 
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Monako"nun qolkiperi Daniyel Subaşiç matç haqda fikirlərini bildirib:
 
"Maraqlı oyun keçdi. Bu matç bizim üçün çox əhəmiyyətli idi. Qələbə qazanmağı çox istəyirdik. Lakin bir xalla kifayətləndik. Qrupun digər matçından da çox şey asılıdı. İstənilən halda növbəti görüşdə "Anderlext"i məğlub etməliyik".

Xəbər xətti