"Rəqibin meydana 2 hücumçu ilə çıxacağını bilirdik"
“Bu oyun stadionda atmosfer hiss olunan matçlardan biri idi”.
Sportal.az xəbər verir ki, bu sözləri “Borussiya”nın baş məşqçisi Tomas Tuhel deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”ni qəbul edən Dortmund təmsilçisi böyük hesablı qələbə qazanıb – 4:0. Matçdan sonra keçirilən mətbuat konfransında Tuhel təbii olaraq, nəticə və komandasının sərgilədiyi oyundan razılığını dilə gətirib: “İndidən fikrimizi qarşıdakı oyuna yönəltməliyikmi? Hələ bu barədə fikir bildirə bilmirəm. Sabahdan daha rahat danışa bilərəm. O ki qaldı görüşə, “Qəbələ”nin 4-4-2 taktiki sxemi ilə oynadıq. Yəni, rəqibin meydana 2 hücumçu ilə çıxacağını bilirdik. Amma matçın gedişində o hücumçular yerlərini dəyişdilər ki, bu da bizə müəyyən çətinlik yaratdı. İkinci hissədə bir qədər taktiki dəyişikliklər etdik. Bunun da nəticəsində daha 2 qol vurduq. Həm nəticədən, həm də oyundan razı qaldım”.
saytlarin hazirlanmasi