"Oyunun taleyini ilk gissədə həll etdik"
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi İlkay Gündoğan Sportal.az-ın Almaniyaya ezam olunmuş əməkdaşına müsahibə verib.
- Oyun haqda danışardınız..
- Qələbəyə layiq idik. İlk hissə çətin keçdi. Hesabı açana qədər “Qəbələ” imkan vermirdi. Lakin hissənin sonuna yaxın 2 qol vurduq.
- “Borussiya”nın matçın taleyini birinci hissədə həll etdiyini demək olar?
- Bəli, ilk hissədə vurduğumuz iki qolla matçın taleyini öz xeyrimizə dəyişdik. Fasilədən sonra daha iki qol vurduq və beləcə qələbə qazandıq.
- Bu gün oyuna ehtiyat oyunçular skamyasından başlamağının səbəbi nə idi: baş məşqçiniz səni Bundesliqada “Şalke”yə qarşı keçirəcəyiniz derbi oyun üçün saxlayırdı?
- Bizi həftəsonu bizi Bundesliqada “Şalke” ilə çətin oyun gözləyir. Lakin sırf buna görə ehtiyatda qaldığımı deməzdim. Biz bu günə qədər yalnız “Qəbələ” ilə oyunu düşünürdük.
- “Borussiya”nı səfərdə “Krasnodar”la oyun gözləyir. Siz pley-offa vəsiqəni təmin etdiyiniz üçün həmin oyuna da qələbə üçün yollanacaqsız?
- Biz səfərə də 3 xal üçün yolllanacağıq. Əlimizdən gələni edəcəyik ki, “Krasnodar”dan qələbə ilə qayıdaq. Pley-offa vəsiqə qazansaq da, qrupda ilk pilləni təmin etməmişik.
- Az olsa da, “Qəbələ”nin qrup ikincisi olmaq şansı var, amma bunun üçün “Borussiya” mütləq “Krasnodar”a qalib gəlməlidi...
- Narahat olmayın, “Qəbələ” üçün əlimizən gələni edəcəyik.
saytlarin hazirlanmasi