Obameyanq: "İlk qoldan sonra stress və əngəlləri aradan qaldırdıq"

16:40 - 6 Noyabr 2015

"Bu oyunda fərqlənməyi çox istəyirdim"

 

“Borussiya”nın  hücümçusu Pyer-Emerik Obameyanq “Qəbələ”ni 4 – 0 hesabı ilə məğlub etdikləri matçadan sonra UEFA-nın saytına oyun haqda fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qabonlu futbolçu ilk qolu vurduqdan sonra işlərinin asanlaşdığını bildirib: “Roysun qolu çox önəmli idi və vaxtında vuruldu. Bundan sonra biz stress və əngəlləri aradan qaldırdıq. Bir neçə dəfə qol şanslarını əldən versəm də fərqlənməyi bacardım. Bu oyunda fərqlənməyi çox istəyirdim. Qol vurmaq mənim üçün çox vacib idi”.

 

Qeyd edək ki, Obameyanq "Qəbələ"nin qapısına vurulan 2-ci qolun müəllifidi.

Xəbər xətti