Roys "Qəbələ"yə qol vurmağına peşman oldu

20:34 - 6 Noyabr 2015

2 həftə yaşıl meydanlardan uzaq qalacaq

 

Dortmund "Borussiya"sının futbolçusu Marko Roys ölkəmizi Avroliqada təmsil edən "Qəbələ" ilə keçirilən matçda zədələnib və fasilədə məcburi olaraq əvəzlənib.

 

Sportal.az xəbər verir ki, futbolçunun durumuna bu gün aydınlıq gəlib. Həkim müayinəsindən keçən futbolçunun iki həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

 

Qeyd edək ki, "Borussiya"nın 4:0 hesabı ilə qalib gəldiyi matçda  Marko Roys "Qəbələ"yə vurulan ilk qolun müəllifi olub.

Xəbər xətti