Noyabrın 13-də baş tutacaq
"Avro-2017"nin seçmə mərhələsində noyabrın 13-də Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasını qəbul edəcək Almaniyanın U-21 millisinin heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi Horst Hrubeş yığmamızla oyun üçün 19 futbolçuya dəvət göndərib.
Qapıçılar: Odisseas Vlahodimos ("Ştuttqart"), Yannik Hut ("Maynts"), Timon Vellenreyter ("Malyorka")
Müdafiəçilər: Kevin Akpoquma ("Fortuna Düsseldorf"), Mitçel Vaysel ("Herta"), Niklas Süle, Jeremi Tolyan (hər ikisi "Hoffenhaym"), Conatan Tah ("Bayer", Leverkuzen),
Yarımmüdafiəçilər: Maksimilian Arnold ("Volfsburq") Julian Brandt ("Bayer", Leverkuzen), Serje Qnabri ("Vest Bromviç"), Leon Qoretzka, Maks Meyer (hər ikisi "Şalke"), Yannik Hereber ("Bohum"), Josua Kimmiç ("Bavariya"), Julian Veiql ("Borussiya", Dortmund), Mark Ştenger ("Ayntraxt")
Hücumçular: Deyvi Selke ("Leipziq"), Timo Verner ("Ştutqart")
saytlarin hazirlanmasi