Millimizin oyunu norveçli hakimə tapşırıldı

14:32 - 9 Noyabr 2015

Ukraynaya qarşı

 

19 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna yığması ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, bu matçı idarə edəcək hakim artıq məlumdu. Qarşılaşmanı Norveçdən olan Tore Hansen idarə edəcək.

 

Qeyd edək ki, Azərbaycan - Ukrayna oyunu noyabrın 10-da saat 18:00-da  "Bayıl Arena"da keçiriləcək.

Xəbər xətti